Şagirdin ölümünə görə direktor işdən çıxarıldı, müavini isə...
- 01.05.2019, 13:02,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
#CƏMİYYƏT#TƏHSİL#MƏKTƏB#ŞAGİRD
Bakıda şagirdin ölümünə görə məktəb direktoru işdən çıxarılıb, müavininə isə şiddətli töhmət verilib.
BEŞ.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edək ki, fevralın 21-də 123 nömrəli məktəbin stadionunda XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət alıb, martın 15-də isə vəfat edib. Hadisə ilə bağlı məktəbin 2 şagirdi şübhəli qismində nəzarətə götürülüb.