Paşinyan barədə SENSASİYON AÇIQLAMA - “Diz çöküb, özünü güllələsin’’

Paşinyan barədə SENSASİYON AÇIQLAMA - “Diz çöküb, özünü güllələsin’’“Birlikdə yaraları sağaldıb ölkəni yenidən qura bilərik”.

Telexeber.az xəbər verir ki,bu açıqlamanı Ermənistanın keçmiş prezidenti Robert Köçəryan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Paşinyan barədə SENSASİYON AÇIQLAMA - “Diz çöküb, özünü güllələsin’’
Son bir neçə ayda keçmiş prezident siyasətçilər, ictimai xadimlər və gənclər ilə tez-tez görüşlər keçirir.

Ermənistanın ikinci rəhbərinin tərəfdarları və müxtəlif ictimaiyyət nümayəndələri ilə görüşləri zamanı etdiyi açıqlamalar onları"ölkəni yenidən qura biləcəklərinə" inandırmağa başlayıb.

Köçəryan Martın dördündə keçirdiyi mətbuat konfransında Ermənistanın hazırki hakimiyyətinin xalqın qarşısında diz çökməli və ya özlərini güllələməli olduğunu demişdi.

“Mən müxtəlif vaxtlarda - işdə və ya bəzi səbəblərdən ofisdə, məhkəmə binasının yaxınlığında, hətta İrəvan küçələrində, təyyarədə belə görüşlər keçirirəm. Müzakirələrim əsasən Qarabağ müharibəsindən başlamış keçmiş, amma daha çox indiki Ermənistanın gələcəyi haqqındadır.

Biz - vətənini sevən insanlar, birlikdə yaraları sağaldıb ölkəni yenidən qura biləcəyimizə inanmalıyıq deyə”- Köçəryan bildirib.

Xatırladaq ki, son müsahibə zamanı Köçəryan hələ öz partiyasını yaratmaq barədə düşünmədiyini bildirmişdi. Ancaq o müxtəlif siyasi qüvvələrin dəstəyinə ümid bəslədiyini də gizlətməmişdi. Bundan əvvəl o aktiv siyasətə qayıtdığını da elan etmişdi.
Популярный ролик