Azərbaycanda virusa yoluxanların sayı kəskin artdı
- 28.03.2021, 22:21,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Telexeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 256 201 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3 491 nəfər vəfat edib, aktiv xəstə sayı 16 559 nəfərdir.
Son sutkada 10 590, hazırkı dövrədək isə 2 837 044 test aparılıb.