Azərbaycanda istifadə edilən peyvəndin təsir müddəti AÇIQLANDI

Azərbaycanda istifadə edilən peyvəndin təsir müddəti AÇIQLANDIÇin mənşəli peyvəndlərin koronavirusa qarşı təsir müddəti 6 aydan çoxdur.

Telexeber.az xəbər verir ki, Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssisi Vanq Huaqinq belə açıqlama verib. O ,Pekində təşkil edilən mətbuat konfransında bildirib ki, Çində bu günə qədər 100 milyon dozadan çox peyvən edilib. Peyvəndlərin koronavirusdan qorumaq müddəti 6 aydan çoxdur deyən mütəxəssis, bununla belə əhalini diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, peyvəndin koronavirusdan 100 faiz qorumadığı üçün əhali tövsiyyələrə əməl etməlidir.
Qeyd edək ki, Türkiyə, Azərbaycan, Serbiya, Macarıstan və digər ölkələr Çin mənşəli peyvəndlərə üstünlük verib.
Популярный ролик