“Mars”ın icarədarı və müştəriləri polisə aparıldı

“Mars”ın icarədarı və müştəriləri polisə aparıldıAbşeron rayonu Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında, yəni 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub.

DİN-dən Telexeber.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.
Obyektin icarədarı X.Səfərov və daha dörd müştəri polislər tərəfindən saxlanılıblar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
“Mars”ın icarədarı və müştəriləri polisə aparıldı
Популярный ролик