Koronavirusun IV dalğasının bütün dünyada başlaması istisna deyil.
Telexeber.az xəbər verir ki, bunu “ARB Xəbər”ə açıqlamasında həkim Adil Qeybulla deyib. O bildirib ki, mütəxəssislər bu dalğanın ağır, hətta yeni növ pandemiyanın başlanğıcı kimi qiymətləndirirlər. Həmçinin həkim onu da qeyd edib ki, peyvənddən 6 ay sonra immunitet zəiflədiyi üçün dəstək məqsədilə III dozanın vurulması məqsədəuyğundur:
“III doza tam doza vurulmalıdır və onun eyni şirkətə məxsus olması daha yaxşı hal olardı. Bu, mümkün olmazsa, digər vaksinləri də vurdurmaq olar”.