Piyadalara yol verməyən sürücülərin cəriməsi nə qədərdir?

Piyadalara yol verməyən sürücülərin cəriməsi nə qədərdir?Ölkə qanunvericiliyinə əsasən, piyadalara yol verməyən sürücülərə qarşı hansısa cəza tədbiri nəzərdə tutulub?

Telexeber.az Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, piyada keçidinə yaxınlaşarkən sürücülər avtomobilin sürətini azaltma və piyadalara yol verməlidir:
“Qanunvericiliyə əsasən, həm nizamlanmayan piyada keçidlərində, həm də sağa və sola dönən zaman piyadaya yol verilməlidir. Avtomobil idarə edənlər bu qaydaya əməl etmədiyi halda onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsi ilə inzibati tənbeh tədbiri nəzərdə tutulur. Həmin sürücülər 50 manat məbləğində cərimələnir”.
Популярный ролик