40 yaşlı kişi daş karxanasında öldü
- 08.07.2021, 10:29,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.
Qaradağ rayon prokurorluğundan Telexeber.az-a verilən məlumata görə, hadisə iyulun 7-i saat 16 radələrində Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında baş verib. 1981-ci il təvəllüdlü Vəli Quliyevin karxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyevin “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.