“Eurovision – 2016” təmsilçimiz Səmra Rəhimlinin bu gün təqdim etdiyi “Azn” adlı yeni klipi müzakirələrə səbəb olub.
Telexeber.az lent.az-a istinadən xəbər verir ki, ifaçının yeni ekran işində açıq-saçıq görüntülər və narkotikdən istifadəyə dair şübhəli məqamlar yer alıb. Bundan əlavə, klipdə Səmranın açıq-saçıq geyimdə Azərbaycanın tanınmış şairi Mirzə Ələkbər Sabirin portreti önündə çəkdirdiyi şəkil sosial şəbəkələrdə tənqid olunub.