DYP avtomobili qəzaya düşdü - Polis yaralandı

DYP avtomobili qəzaya düşdü - Polis yaralandıBakı-Ələt yolunda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Telexeber.az APA-ya istinadən xəbər verir ki, “Hyundai Santa fe” markalı avtomobil idarəetmənin itməsi səbəbindən qarşı yola keçərək, 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb.
Qəza nəticəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşı xəsarət alıb. DYP əməkdaşı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Araşdırma aparılır.
Популярный ролик