Övladını xilas etmək istəyən ana boğularaq öldü
- 14.07.2021, 10:12,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Qubanın Vəlvələ kəndində bədbəxt hadisə baş verib.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, kənd sakini, 34 yaşlı Diləfruz Mustafayeva 13 yaşlı qızı Lamiyənin Samur-Abşeron kanalına düşdüyünü görüb özünü suya atıb. Qadının həyat yoldaşı Asəf Mustafayev yaxınlıqdakı insanların köməyi ilə qızını sudan çıxara bilsə də həyat yoldaşı boğularaq ölüb. Onun cəsədi sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
13 yaşlı L. Mustafayeva isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.