Bakı metrosunda kişi özünü qatar yoluna atdı

Bakı metrosunda kişi özünü qatar yoluna atdıBakı metrosunda intihara cəhd hadisəsi qeydə alınıb.

Bu barədə Telexeber.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, hadisə axşam saatlarında – 19:06-da, "Ulduz" stansiyasında baş verib, orta yaşlı kişi özünü qatar yoluna atıb:

"Həmin vaxt stansiya "Həzi Aslanov"-"Dərnəgül" qatarı yaxınlaşırmış. Qatar dayanıb. Təlimat qaydalarına uyğun olaraq, gərginlik çıxarılıb. Sərnişin çıxarılıb və qatar yola salınıb. Proses 11 dəqiqə çəkib".

Qeyd olunub ki, hazırda onun səhhəti ilə bağlı müayinələr davam edir.
Популярный ролик