DYP sürücülərə müraciət etdi
- 16.07.2021, 09:17,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Qurban bayramı ilə bağlı sürücülərə müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Telexeber.az-a açıqlamasında bildirib ki, vətəndaşlardan qurbanlıq üçün nəzərdə tutulan satış və kəsim mərkəzlərində olarkən dayanma-durma tələblərini pozmamaları xahiş olunur:
“Yolun hərəkət hissəsini zəbt edərək, digər vətəndaşlar üçün narahatlığa səbəb olan hərəkətlər etməmək, eləcə də, pandemiya şəraitində müəyyən edilmiş qaydalara əməl etmək tələb edilir.
Bayramla əlaqədar uzaq məsafələrə şəxsi avomobillərlə hərəkət edən sürücülərdən isə bir daha nəqliyyat vasitələrinin texniki sazlığına əmin olduqdan sonra yola çıxmalarını, istirahət rejiminə əməl etmələrini və yol hərəkət qaydalarına diqqət yetirmələrini xahiş edirik”.