"Bu günədək “Pfizer” vurdurub koronaya yoluxan xəstəm olmayıb, amma..." - HƏKİM AÇIQLADI

"Bu günədək “Pfizer” vurdurub koronaya yoluxan xəstəm olmayıb, amma..." - HƏKİM AÇIQLADIPasiyentlərim arasında apardığım şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, “Pfizer” vurdurub xəstəxanaya düşən şəxs olmayıb.

Telexeber.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında Kamran Süleymanov deyib.
“Pfizer” vurdurub koronaya yoluxan şəxslər nə mənə müraciət edib, nə də xəstəxanada belə xəstə görmüşəm. Lakin “Sinovac” vurduranlar arasında xəstəxanaya müraciət edənlər olub. Burada bir nüans var ki, sözügedən peyvəndi vurduranların ikinci dozasının üzərindən 5 aydan artıq vaxt ötüb. Ona görə də ölkəmizdə revaksinasiya prosesləri gedir. İnsanlar bu prosesə cəlb olunsalar, daha yaxşı olar. Əvvəllər randevu olmasından şikayət edirdilər. Bu məsələni də həll etdilər. Bəzi mərkəzlərdə artıq canlı növbə sistemidir və şəxs istədiyi zaman gedib peyvənd oluna bilər", - deyə o bildirib.
Популярный ролик