Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 avqust 2021-ci il tarixdə ölkəmizin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində "Şəhid ailələrinə və Qazilərə diqqət və qayğısı" mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəhid ailələri, Qazilər, Millət vəkilləri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaq Birliyin idarə heyəti, tanınmış ictimaiyyət nümayəndələri iştirak edərək çıxış ediblər. Tədbirdə çıxış edənlər Mehriban xanım Əliyevanın Şəhid ailələrinə, Qazilərə diqqət və qayğısından söz açıblar. Bildirib ki, Mehriban xanım Əliyeva Prezident cənab İlham Əliyevin xanımı olmaqla yanaşlı, həyat yoldaşına sadiqliyi və işgüzarlığı,layiqli məsləkdaşı olmağının nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq söz sahibinə çevirilir.
Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində Şəhid ailələrinə, Qazilərə diqqət və qayğı əsas yer tutur. Mehriban xanımın hümanitar yönümdə zəngin,fədakar,səriştəli fəaliyyəti dünya qadınlarına örnəkdir. Mehriban xanımın ictimai-siyasi yönümdə gördüyü bütün işlər Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi istiqamətində ən böyük töhfədir.
Mehriban xanım Əliyevanın diplomatik sahədəki uğurlu, peşəkar fəaliyyəti Prezident cənab İlham Əliyevin uğurla rallaşdırdığı Beynəlxalq siyasətində Azərbaycanın daha da irəli getməsinə ən böyük təkandır.
Birlik rəsmisi onu da bildirib ki, Mehriban xanım Əliyevanın ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlər, Azərbaycan qadınları üçün örnəkdir. Mehriban xanımın xalqa sevindirən əsas cizgilər, Onun xeyirxahlıq, mərhəmət, şəfqət kimi ülvi hislərə və insani dəyərlərə malik olmağıdır. Mehriban xanım Əliyevanın milli, Vətənpərvər əzimdə etdiyi layihə və təşəbbüslər, vətəndaş cəmiyyəti tərəfindən də yüksək dəyərləndirilir. Bu gün keçirilən tədbir dəyərli Mehriban xanım Əliyevanın fonunda İctimai həmrəyliyin, mənəvi dəstəyin, milli birliyin nümunəsidir.