XƏBƏRDARLIQ EDİLDİ: Havanın temperaturu aşağı enəcək

XƏBƏRDARLIQ EDİLDİ: Havanın temperaturu aşağı enəcəkMilli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı məlumat yayıb.

Xidmətdən Telexeber.az-a verilən məlumata görə, sentyabrın 2-si axşamdan Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s, 3-ü axşamdan arabir 25-30 m/s-dək güclənəcəyi, 4-ü səhər isə zəifləyəcəyi gözlənilir.
Sentyabrın 3-ü axşam, 4-ü gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Rayonlarda sentyabrın 2-si axşamdan 4-ü səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, bəzi Kür vadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Популярный ролик