Məktəblərdə koronavirusa ciddi yoluxma halları müşahidə olunmayıb.
Telexeber.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Mövlan Yusifov deyib. O bildirib ki, COVİD-19-la bağlı vəziyyət hələlik stabildir:
"Qeyd edim ki, belə bir hal müşahidə olunsa belə, lokal şəkildə məktəblərin bağlanmasını nəzərdə tutmuruq. Çünki cəmiyyətimiz də qapanmalardan yorulub. Artıq karantin yumşaldılmalarına və açılmalara qədəm qoyuruq. Məktəblərdə və siniflərdə yoluxma olarsa, bu barədə tədbirlər görüləcək".