DİN əhaliyə XƏBƏRDARLIQ ETDİ

DİN əhaliyə XƏBƏRDARLIQ ETDİDaxili İşlər Nazirliyi (DİN) bank müştərilərinə xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq edib.

Telexeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı "Facebook"da paylaşım edib.
"Bu gün Nərimanov rayonunda bir vətəndaşa xarici nömrədən zəng olunmaqla, "Bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa...." deyilməklə, bank kartının məlumatları istənilib. Kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb. Nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.

Vətəndaşlara tövsiyə edirik ki, tanımadığınız şəxslərə bank kart məlumatlarını ötürməyin, müştərisi olduğunuz banklara sizin bank kart məlumatlarınız lazım deyil", - deyə E.Hacıyev qeyd edib.
Популярный ролик