Rusiyadan Telman İsmayılov ilə bağlı TƏLƏB: Bu tarixdə...

Rusiyadan Telman İsmayılov ilə bağlı TƏLƏB: Bu tarixdə...Rusiya Baş Prokurorluğu qətldə günahlandırılan iş adamı Telman İsmayılovun ekstradisiyası üçün Monteneqroya sorğu göndərib.

Telexeber.az xəbər verir ki, bu barədə TASS-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
"T. M. İsmayılovun mühakimə olunmaq üçün Rusiya Federasiyasına ekstradisiya edilməsi tələbi diplomatik kanallar vasitəsilə Monteneqronun Ədliyyə, İnsan və Azlıqların Hüquqları Nazirliyinə göndərilib" deyə idarədən bildirilib. Məlumta görə tələb oktyabrın 7-də hazırlanıb. Qeyd edək ki, oktyabrın 1-də Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılov Monteneqroda saxlanılıb. O, Podqoritsa məhkəməsi tərəfindən həbs edilib və Monteneqro rəsmilərinin onu Rusiyaya təhvil vermə qərarını gözləyənə qədər həbsdə qalacaq. İstintaq Komitəsi, 2017-ci ildə iki sahibkarın qətlində iştirakının təsbit edilməsi ilə əlaqədar olaraq İsmayılovu beynəlxalq axtarışa verib. Belə ki T.İsmayılov silah alverində və müğənni Abraham Russo qaçırmaqda ittiham edilib.
Популярный ролик