"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb - FOTO
- 22.10.2021, 08:32,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı metrosunun "Memar Əcəmi" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Qeyd edilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
Ç.Orucov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.