66 milyon illik skelet rekord qiymətə satıldı
- 25.10.2021, 09:02,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
İndiyədək tapılan triçeratops tipli dinozavrların ən böyüyü hesab olunan "Con"un skeleti Parisdə keçirilən hərraca çıxarılıb.
Telexeber.az xəbər verir ki, 66 milyon il əvvələ məxsus olan skelet 6,65 milyon avroya (təxminən 13 milyon 145 min manat) satılıb. Onu alan şəxsin adı isə açıqlanmayıb.
Qeyd edək ki, "Con" adlı triçeratops 2014-cü ildə Amerikanın Cənubi Dakota ərazisində aşkar olunub. Alimlər onun sümüklərinin yalnız 60%-ni tapa biliblər. Dinozavrın skeleti 200 sümükdən ibarətdir. Onun uzunluğu 8, hündürlüyü isə 3 metrdir.