Koronavirusa görə bağlanan məktəb yenidən açılıb
- 29.10.2021, 10:37,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 29-da paytaxtdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Telexeber.az-a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.