11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
- 30.10.2021, 10:59,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayıb.
Telexeber.az xəbər verir ki, məlumatda deyilir:
"KİV-dən Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olan sorğuya cavab olaraq bildirilir ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir".