Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.
Bu barədə Telexeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif çaplı silahlardan təyin olunan hədəflərə atışlar icra ediblər.
Toplanışda qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.