Zaqatalada təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub
- 08.12.2021, 08:34,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
AQTA-dan Telexeber.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Zaqatala rayonu, Yeni Suvagil kəndində fəaliyyət göstərən fiziki şəxs Soltanov Məzahir Soltan oğluna məxsus “Sultan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərindən azı 80%-nin COVID-19 pasportunun olması tələb olunmasına baxmayaraq müəssisədə çalışan işçilərdən 35%-nin COVID-19 pasportuna malik olduğu, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.