2021-ci ildə Azərbaycana edilmiş kiber hücumların sayı bəlli oldu

2021-ci ildə Azərbaycana edilmiş kiber hücumların sayı bəlli olduDövlət orqanlarının istifadəsi üçün yaradılmış AzStateNet şəbəkəsi üzrə təhlükəsizlik divarları, sandbox sistemi, mərkəzləşdirilmiş antivirus sistemi, o cümlədən, manual kiberhücum analizlərinin tədqiq nəticəsində blok edilmiş indikatorların 2021-ci il üzrə statistikası açıqlanıb.

Telexeber.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, 4-cü rüb üzrə AzStateNet şəbəkəsində təhlükəsizlik divarları ilə 67 900 000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 1 122 000 zərərverici, sandbox sistemi üzrə 12 640 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 176 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilib.
İnformasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 2021-ci il üzrə ümumilikdə AzStateNet şəbəkəsində təhlükəsizlik divarları ilə 193 180 000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 3 142 100 zərərverici, sandbox sistemi üzrə 35 788 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 744 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilib.
2021-ci ildə Azərbaycana edilmiş kiber hücumların sayı bəlli oldu
Популярный ролик