Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN

Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMANƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılıb.

Telexeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərman şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən həmin məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə imzalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

- altsistemin formalaşdırılmasını 1 (bir) ay müddətində təmin etsin;

- bu Fərmanda nəzərdə tutulan dövlət orqanlarının altsistemə çıxışını təmin etsin;

- altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görsün;

- “Əlillik” (TSERAS) altsistemindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların altsistemə ötürülməsini təmin etsin.
Популярный ролик