Hacıqabul sakinlərində “patı” aşkarlandı
- 17.01.2022, 10:48,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.
Telexeber.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Bildirilib ki, azyaşlılar artıq müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb.
"Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - T.Mərdanoğlu vurğulayıb.
Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində 4 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər yayılıb.