Bu il üzrə pensiya kapitalının minimum məbləği artırılıb.
Telexeber.az xəbər verir ki, beləliklə, pensiyaya çıxmaq istəyən vətəndaşların minimum pensiya kapitalı 34 min 560 manat olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiya yaşına çatmış şəxs pensiya hüququna maik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda isə azı 25 il sığorta stajına malik olmalıdır.
İqtisatçı-ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə bildirib ki, bundan əvvəl pensiya kapitalının məbləği 28 min 800 manat təşkil edirdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında o da qeyd olunub ki, pensiya yaşına çatsa da pensiya hüququ yaranmayan şəxs heç də sosial təminat sistemindən kənarda qalmır.
Qeyd edək ki, bu il üçün pensiyalara indeksləşdirilmə əsasında artım tətbiq edildikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu barədə vətəndaşlara məlumat veriləcək.