Evində qətlə yetirilən qadınla bağlı YENİ DETALLAR: İki uşaq anası imiş - FOTO
- 08.02.2022, 09:47,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonu ərazisində qətl hadisəsi baş verib.
Telexeber.az “Qafqazinfo”ya isitnadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Qənəət Fərmanova yaşadığı evdə öz tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.
Qeyd edək ki, Qənəət Fərmanova Laçın rayonundan məcburi köçkün olub. İki oğul anası marketdə satıcı işləyirmiş.