Ağsuda keçmiş məhkumdan külli miqdarda heroin götürülüb - FOTO

Ağsuda keçmiş məhkumdan külli miqdarda heroin götürülüb - FOTOAğsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Telexeber.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş şəhər sakini Amid Muradov şübhəli şəxs qismində saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan külli miqdarda narkotik vasitə olan heroin və metamfetamin qalıqları olan şüşə qab aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin də qərarı ilə Amid Muradov barəsində həbs qətimkan tədbiri seçilib.
Популярный ролик