Türkiyə Azərbaycan istisna olmaqla digər ölkələrə ət ixracını dayandırıb
- 26.03.2022, 09:03,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə, Şimali Kipr Türk Respublikası və Azərbaycan istisna olmaqla, digər ölkələrə ət ixracını dayandırmaq barədə qərar qəbul edib.
Telexeber.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə Ticarət Nazirliyindən verilən məlumata görə, bu qərarın verilməsinə səbəb ölkədə ətin qiymətinin qəfil artması olub. Qərarla adı çəkilən ölkələrdən başqa dövlətlərə mal-qara, qoyun və keçi ətinin ixracı ikinci bir qərara qədər dayandırılıb.