Azərbaycanda 2 şirkət dövlətə 2 milyon manata yaxın ziyan vurub
- 09.04.2022, 09:21,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 2 şirkət dövlətə 2 milyon manata yaxın ziyan vurub.
Bu barədə Telexeber.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Quba rayonunun ərazisində yerləşən “Talıbqışlaq” və “Qudyalçay” qum-çınqıl yataqlarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən qanunsuz hasilat barədə daxil olan məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalarla dövlətə 1 milyon 822 min manat ziyanın dəyməsi müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.