Baş Prokurorluq Yevlax Polis Şöbəsində baş verən intiharla bağlı rəsmi açıqlama yaydı

Baş Prokurorluq Yevlax Polis Şöbəsində baş verən intiharla bağlı rəsmi açıqlama yaydıBaş Prokurorluq Yevlax Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.

Prokurorluqdan Telexeber.az-a verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Популярный ролик