Dağüstü parkda 22 yaşlı qız özünü hündürlükdən atıb
- 12.04.2022, 14:12,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Dağüstü parkda özünü hündürlükdən atan qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
Bu barədə Telexeber.az-a KTM-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1999-cu il təvəllüdlü gənc qız bu gün saat 11:15-də təcili olaraq mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib: "Müayinələri aparılıb. Diaqnozu sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması olub. Hazırda huşu aydındır, vəziyyəti isə ağır-stabil olaraq qalır".