Azərbaycanda ölkədaxili qatarlar fəaliyyətini bərpa edəcək? - AÇIQLAMA

Azərbaycanda ölkədaxili qatarlar fəaliyyətini bərpa edəcək? - AÇIQLAMAHazırda ölkəmizdə xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılsa da, ökədaxili sərnişin qatarlarının hərəkəti tam bərpa edilməyib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Telexeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bərpa işləri aparılır:
"Martın 19-dan etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunub. Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub. Bugünədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb".

Həmçinin bildirildi ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var, daha 10 qatar da sifariş verilib:

"Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. 1 qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur".
Популярный ролик