"Türkiyə Azərbaycanın müstəqilliyinin ən böyük dəstəkçisi olacaq" - Fahrettin Altun

"Türkiyə Azərbaycanın müstəqilliyinin ən böyük dəstəkçisi olacaq" - Fahrettin AltunTürkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib.

Telexeber.az xəbər verir ki, Fahrettin Altun bu barədə "Twitter"də paylaşım edib.
“Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm. Türkiyə artıq qəlblərə həkk olunmuş "iki dövlət, bir millət" anlayışı ilə azərbaycanlı qardaşlarının müstəqilliyinin, sabitliyinin və işıqlı gələcəyinin hər zaman ən böyük dəstəkçisi olacaq”, - o bildirib.
Популярный ролик