Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib
- 22.07.2020, 11:37,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva 22 iyul- Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib.
Telexeber.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabındakı paylaşımında bildirilir: "Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!".