Energetika naziri Qəbələdə vətəndaşları qəbul edəcək

Energetika naziri Qəbələdə vətəndaşları qəbul edəcəkEnergetika naziri Pərviz Şahbazov iyunun 24-də Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Energetika Nazirliyindən Telexeber.az-a verilən xəbərə görə, qəbul saat 11:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 40) keçiriləcək.


Qəbula gəlmək istəyən vətəndaşlar Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs Asim Məmmədov; əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Vətəndaşlar, həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin "Facebook" səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.
Популярный ролик