Telexeber.az ATV-yə istinadla xəbər verir ki, bu sözləri “Bizimləsən” proqramının budəfəki buraxılışında qonaq olan şəhid Ələkbərov Rəşadın anası deyib. Tək övladını Vətən müharibəsindəşəhid verən ana özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
“Xocalı faciəsindən sonra getmişəm. 1992-ci ildən əsgər kimi döyüşlərdə iştirak etmişəm. Ağdərə, Tərtər, Həsənqaya, Torpaqtəpə ərazilərində döyüşmüşəm. Yaralanmışam, hospitaldan da yarımçıq yenidən durub döyüşlərə qayıtmışam. Gedəndə valideynlərimizin xəbəri olmamışdı. 3 qəlpəni çıxarıblar, 3 qəlpə də bədənimdə qalıb”.