Goradil-Novxanı yolunda avtoqəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- 14.06.2022, 15:08,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gecə Binəqədi rayonu, Goradil-Novxanı yolunda baş vermiş avtoqəza nəticəsində xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.
Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, hadisə nəticəsində ağır yaralanmış iki nəfər Mərkəzin Reanimasiya şöbəsinə, bir nəfər Travmatologiya şöbəsinə yerləşdirilib, digər iki nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Reanimasiya şöbəsinə yerləşdirilmiş 1980-ci il təvəllüdlü şəxsdə qabırğaların sınığı, burun sümüyünün sınığı, bud-çanaq oynağının çıxığı və 1986-cı il təvəllüdlü şəxsdə isə çanaq sümüklərində çoxsaylı sınıqlar diaqnozu qoyulub. Hər iki yaralının vəziyyəti ağır stabil qiymətləndirilir.
Travmatologiya şöbəsinə yerləşdirilən üçüncü, 1999-cu il təvəllüdülü şəxsdə isə sol bud sümüyünün çıxığı diaqnozu qoyulub və hamilə olması nəzərə alınaraq, xüsusi müayinələrdən keçirilib. Hazırda yaralının vəziyyəti normal qiymətləndirilir.