Bakının 3 qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına 20 milyon manat xərclənəcək
- 05.07.2022, 10:04,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərsu" ASC Bakının Xəzər rayonunun Şağan və Şüvəlan qəsəbələrinin (1), eləcə də Sabunçu rayonunun Ramana qəsəbəsinin (2) bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Telexeber.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Bakımexanizasiyanəqliyyat" ASC və "Mühəndis Tikinti Layihə" MMC (1), "Arko Təmir Tikinti Şirkəti" MMC-dir (2).
Qalib şirkətlərə müvafiq olaraq 12,044 miLyon manat və 8,203 milyon manat, ümumilikdə isə 20,247 milyon manat ödəniləcək.