AZAL-ın prezidenti İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
- 08.07.2022, 09:02,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
AZAL-ın prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətlisəfiri Corc Diklə 7 iyul tarixində keçirilən görüşündə mülki aviasiya sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Telexeber.az-a "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən məlumat verilib.
Görüşdə AZAL-ın prezidenti Cahangir Əsgərov ölkələr arasında mülki hava daşımaları sahəsində səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Tel-Əviv-Bakı marşrutu üzrə reyslərinin tezliyi həftədə beş dəfədir. Həmçinin Israir aviaşirkəti tərəfindən həftədə üç dəfə Təl-Əvivdən Bakıya və geriyə istiqamətdə uçuşlar həyata keçirilir.
““AZAL” aviaşirkəti İsraildəki tərəfdaşları olan turizm şirkətləri ilə birlikdə İsraildən Azərbaycana turist axınının formalaşdırılması və inkişafı üçün fəal və böyük işlər görür", - deyə Cahangir Əsgərov bildirib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkələrin nəqliyyat əlçatanlığının artırılması çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu əməkdaşlıq turist axınının həcminin artmasına və ölkələr arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edir.