Lökbatanda dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 11.07.2022, 14:59,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) batan 1995-ci il təvəllüdlü Məmmədov Kamal Bəxtiyar oğlunun axtarışları başa çatıb.
Telexeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, K.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
11:54
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb.
Telexeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə bir nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.