ÜST çağırış etdi: Maskaları geri qaytarın

ÜST çağırış etdi: Maskaları geri qaytarınKoronavirusun "omikron" ştamının yeni mutasiyaları bütün dünyada yayılmağa davam edir, buna görə də ölkələr pandemiya ilə mübarizə üçün maska rejiminə qayıtmalıdırlar.

Telexeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.


ÜST rəhbəri koronavirusla mübarizə tədbirlərinə qayıtmağa çağırıb.

"Mən COVID-19 infeksiyasına yoluxma sayının artmaqda davam etməsindən narahatam. Yeni infeksiya epidemiyası onsuz da məşğul olan səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərir. Bundan əlavə, ölüm sayının artması məni narahat edir", - təşkilatın rəhbəri qeyd edib.

Qeyd edilib ki, artıq 1 aydır ki, dünya üzrə koronavirusa yoluxma və ölüm sayında artım müşahidə olunur.
Популярный ролик