Bakıdakı uşaq bağçalarına növbəyə yazılmaq prosesi başlayıb

Bakıdakı uşaq bağçalarına növbəyə yazılmaq prosesi başlayıbBakı şəhəri üzrə valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) növbəyə yazılması prosesinə başlanılıb.

Telexeber.az xəbər verir ki, valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilən növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək.


Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Elektron qəbul sistemi 15-21 sentyabrda qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Qeyd edək ki, bu proses mərhələli şəkildə həyata keçirilir. İyulun 22-də saat 11:00-dan ilk olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanılıb. Avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqlarının məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.
Популярный ролик