Ağcabədidə toxum sərgi-satış yarmarkası keçirilib - FOTOLAR
- 30.08.2022, 09:30,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Ağcabədi rayonunda toxum sərgi-satış yarmarkası təşkil olunub.
Telexeber.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, yarmarkada nazirlik yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edib.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, ölkəmizin rayonda son illər taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İri fermer təsərrüfatlarında tətbiq olunan müasir metodlar ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
AXA-nın sədri Mirzə Əliyev isə bildirib ki, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyeviniyulun 19-da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalaması da ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Növbəti yarmarka avqustun 31-də Sabirabad rayonunda keçiriləcək.