Tanınmış bloqçunun maşınından oğurluq edən şəxs tutulub - RƏSMİ

Tanınmış bloqçunun maşınından oğurluq edən şəxs tutulub - RƏSMİBakıda bloqçu Nail Kəmərlinin avtomobilindən oğurluq edən şəxs tutulub.

Telexeber.az xəbər verir ki, bloqçu Nail Kəmərlinin avtomobilindən oğurluq etməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü, əvvələr oğurluq əməllərinə görə məhkum olunan Əli Kazımov polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq tutulub.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, oğurlanan fotoaparatın zərərçəkmişə qaytarılması təmin olunacaq.
Популярный ролик