İnzibati orqanların təsnifatı genişləndirilib
- 01.09.2022, 10:11,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
İnzibati orqanların təsnifatı genişləndirilib.
Telexeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərarla “İnzibati orqanların Təsnifatı”nın II bölməsinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əlavə edilib.