Kamran Əliyevdən yeni TƏYİNATLAR

Kamran Əliyevdən yeni TƏYİNATLARBir neçə rayonun prokurorluqlarında yeni təyinat olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilib. Digər əmrlə Pərviz Nərimanov Qaradağ rayon prokurorunun müavini təyin olunub.


Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunub.

Baş prokurorun başqa bir əmri ilə Tural Haqverdiyev Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. O, bundan əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb.

Nərimanov rayon prokurorunun müavini vəzifəsindən azad edilən Elgiz Qənizadə isə Suraxanı rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.
Популярный ролик